Yuxarı

Türkiyə oyunları bir-bir pozur: Qarabağdan Liviyaya qədər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə oyunları bir-bir pozur: Qarabağdan Liviyaya qədər...

Bugünkü durumda üzərində oyun qurulan deyil, oyun quran və oynadan super-güclərin liqasına qalxan Türkiyə həm öz maraqlarını, həm də məzlum millətlərin çıxarlarını qoruyur.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Harun Sekmənin məqaləsində qeyd olunub.

"Suriya məsələsində ABŞ və Rusiyadan istədiyini alan Türkiyə Qarabağda Azərbaycanı zəfərə daşımaqla yanaşı, Şərqi Aralıq və Egey dənizində haqlarını qərarlılıqla qoruyur.

Şərqi Aralıq dənizində Liviyadan sonra Misiri də yanına alan Türkiyə əleyhinə qurulan tələləri bir-bir pozur. Qiyamçı Haftarın yanında yer alan İtaliya və Yunanıstanı Liviyanın qanuni hökumətini tanımağa məcbur edərək bölgədə gücünü bütün dünyaya göstərir. Şərqi Avropanın önəmli ölkəsi olan Ukraynanın Rusiyanın təhdidlərinə qarşı öncə Ankaradan aktiv siyasi dəstək tələb etməsi də Türkiyənin gücünü ortaya qoyur", - məqalədə qeyd olunub.

Türk jurnalist bu gün Türkiyənin Adriatikdən Çinə qədər geniş bir coğrafiyada aktiv olduğunu məqaləsində vurğulayıb:

"Şərqi Aralıqda bütün dünya Türkiyəyə qarşı idi, ancaq Ankara tezislərini hər kəsə qəbul etdirdi. Ölkəmiz qərarlı xarici siyasət yürüdür və gücləndikcə qarşısına fərqli bloklar çıxarılır. Hamısını boşa çıxardırıq. Bu gün müdafiə etdiyimiz tezislər bütün coğrafiyada qəbul edilir".

Tarix
2021.04.13 / 08:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla