Yuxarı

Azərbaycan peyk alanda, Sərkisyan Yunan adalarında...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan peyk alanda, Sərkisyan Yunan adalarında...

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi yunan adalarında torpaq sahələri alırdı.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, o, kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistanın şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qaldığını bildirib.

Paşinyan Ermənistanda hərbi sənaye sisteminin 2016-cı ilin aprelindən sonra, Azərbaycandan 11 il geri qalmaqla formalaşmağa başladığını da vurğulayıb.

“2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı.

Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir”, - deyə Paşinyan qeyd edib.

Tarix
2021.04.15 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla