Yuxarı

Pakistan məşhur islamçı hərəkatı qadağan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan məşhur islamçı hərəkatı qadağan etdi

Pakistan hökuməti Təhriki-Ləbbeyk Pakistan ultrasağçı islamçı hərəkatın fəaliyyətini qadağan edib.

Axar.az xəbər verir ki, bu məlumatı Pakistan daxili işlər naziri Şeyx Rəşid yayıb. Hərəkatın terrorizmlə mübarizə haqqında qanuna uyğun olaraq qadağan edildiyi bildirilib.

Şeyx Rəşid təşkilatın qadağası təklifi ilə Pəncab vilayət hökumətinin çıxış etdiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə hərəkatın lideri həbs edilmişdi. O, Pakistan hökumətinə Fransa səfirini “Şarl Hebdo” jurnalında dərc olunan Məhəmməd peyğəmbər karikaturasına görə ölkədən çıxarması tələbini irəli sürməsindən sonra saxlanılmışdı. Bundan sonra təşkilatın tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar yaşanmış, nəticədə 7 nəfər ölmüşdü.

Hərəkat Pakistan parlamentində güclü olmasa da, ictimaiyyət arasında çox böyük nüfuza sahibdir.

Tarix
2021.04.15 / 13:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğanın X səhifəsində Zəfər təbriki yayıldı

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla