Yuxarı

Ağ Evin beyin mərkəzinin Rusiyanı çökdürmə planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağ Evin beyin mərkəzinin Rusiyanı çökdürmə planı

ABŞ-ın Rusiyaya təsir siyasətində olduqca maraqlı gedişlərdən istifadə edilir.

Axar.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ağ Ev administrasiyasının Vaşinqtondakı beyin mərkəzlərinin hazırladığı xüsusi plan əsasında Rusiyaya qarşı addımlar atdığının hiss olunduğunu bildirib.

O qeyd edib ki, hadisələrin ardıcıllığı belə düşünməyə əsas verir:

“Ən son proseslərə baxaq: Vaşinqton Rusiyanın Ukrayna ilə sərhəddə gərginliyi artırmasına cavab olaraq Qara dənizə iki hərbi gəmisini göndərəcəyini açıqladı. Rusiya buna cavab olaraq Qara dənizdə hərbi gəmilərinin sayını artırdı. Bundan sonda ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü ölkələrin birində görüşməyi təklif etdi. Eyni gündə ABŞ-ın iki hərbi gəmisi Qara dənizə boğazlardan daxil olmaq üçün Türkiyəyə müraciətini geri çəkdi və gözləmə mövqeyinə keçdi.

Kreml hazırki dövrdə prezidentlərin görüşünə ehtiyac olmadığını açıqladıqdan sonra ABŞ Rusiyaya qarşı növbəti sanksiyalarını bəyan etdi. Qəbul olunan qərara əsasən, on Rusiya diplomatı ABŞ-dan qovulur. Bundan əlavə, ABŞ seçkilərinə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşı və təşkilatına sanksiya tətbiq olunur”.

Politoloqun sözlərinə görə, ABŞ-ın yeni sanksiyalarının dövlət borclarına yönələcəyi haqda məlumat gəzir və bu, Rusiya iqtisadiyyatı üçün ağır zərbə olacaq.

Tarix
2021.04.16 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla