Yuxarı

Ərdoğan NATO baş katibi ilə danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan NATO baş katibi ilə danışdı

18:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Egey, Şərqi Aralıq dənizlərində, Liviya və Əfqanıstanda son vəziyyət, regional, eləcə də Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizlərində sabitliyin hökm sürdüyünü bildirib. Liviyanın yeni hökumətinə müdafiə və təhlükəsizlik sahələrində dəstək verilməsinin zəruriliyini söyləyən Rəcəb Tayyib Ərdoğan imzaladığı müqavilələr çərçivəsində Türkiyənin bu istiqamətdə töhfə verdiyini qeyd edib.

Türkiyə Prezidenti NATO-nun imkanlarından faydalanaraq Əfqanıstana dəstəyin də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tarix
2021.04.16 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla