Yuxarı

Xüsusi təyinatlılar Tiflisdə yırtıcı heyvan ovuna başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xüsusi təyinatlılar Tiflisdə yırtıcı heyvan ovuna başladı

Tiflisdə zooparkdan qaçan heyvanlardan altı canavar, bir ayı, iki şir və pələng xüsusi təyinatlı dəstə tərəfindən öldürülüb.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı bildirib.

Qeyd edilir ki, heyvanlar insanların həyatı üçün təhlükə yaratdığından onların öldürülməsi lazım olub. Şəhərin küçələrində hələ də zooparkdan qaçan onlarla heyvan var. Tiflisin polisi yırtıcıların kütləvi qaçışı ilə əlaqədar sakinləri evlərini tərk etməməyə çağırdı. Tiflis meriyasının məlumatına görə, azadlıqda hələ də altı pələng, yeddi ayı və 13 canavar var.

Xatırladaq ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan leysan yağışları ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tiflisdə ciddi fəsadlar törədib. Təbii fəlakətdən Tiflisin mərkəzi, o cümlədən zoopark ciddi ziyan çəkib. Heyvanların bir hissəsi ölüb, digərləri isə qaçıblar. Heyvanların bəziləri yaxınlıqdakı küçələrdə yatdığından onları zooparka qaytarmaq mümkün olub.

Tarix
2015.06.14 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla