Yuxarı

Bu türk ölkəsi yerli peyvəndin istehsalına başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi yerli peyvəndin istehsalına başladı

Qazaxıstan vaksininin yaradılması ölkəmizə koronavirus infeksiyasına qarşı öz peyvəndlərini yaratmış dünyanın ilk beş dövləti sırasına daxil olmağa imkanı verdi. Bu, təkcə əhalinin sağlamlığı məsələsi deyil, eyni zamanda milli elmin potensialının və müasir texnologiyaların biofarmasevtikada praktik tətbiqinin, dövlətin nüfuzunun sübutudur.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Eralı Tuqjanov ölkənin milli “QazVak” vaksininin paylanılması mərasimində iştirakı zamanı deyib.

Tuqjanovun sözlərinə görə, ilk 50 min doza vaksin regionlardakı səhiyyə idarələrinə göndəriləcək. Aprelin 26-dan isə ölkə üzrə peyvəndləmə prosesi başlayacaq.

“Mayda növbəti 50 min doza buraxılacaq. Daha sonra vaksin istehsalı mərhələli şəkildə ayda 500-600 min dozaya çatdırılacaq. Milli vaksin Ümumdünya Səhiyyə Təşkilatının reyestrindən keçib. Tam təhlükəsizliyi sübut edilib, vaksin koronavirus infeksiyasına qarşı güclü immunitet yaradır. Peyvəndin daha bir üstünlüyü vaksinlə əlaqəli xəstəliklərin olmamasıdır. Bundan əlavə, “QazVak” peyvəndinin çatdırılma prosesi zamanı kompleks soyuducu qurğulara ehtiyac yoxdur, müsbət 2-8 dərəcə temperaturda nəql oluna bilir”, - Tujqanov bildirib.

Tarix
2021.04.22 / 19:42
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla