Yuxarı

Qüdsdə yəhudilərlə ərəblər toqquşdu: yaralılar var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qüdsdə yəhudilərlə ərəblər toqquşdu: yaralılar var - Video

Qüdsdə Dəməşq qapıları yaxınlığında ərəblərlə yəhudilər arasında toqquşma yaşanıb.

Axar.az xəbər verir ki, toqquşmada 300 yəhudi aktivist iştirak edib. Onlar “Ərəblərə ölüm” şüarları səsləndiriblər.

Polis toqquşan tərəfləri ayırmağa cəhd etsə də, ərəblər hüquq-mühafizə orqanlarına daş atıblar. Nəticədə polis gözyaşardıcı qazdan istifadə etməli olub.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, insident nəticəsində 105 ərəb yaralanıb, onlardan 22-si xəstəxanaya yerləşdirilib.

Toqquşmalarda 20 polis də xəsarət alıb.

Polis baş verən hadisələrlə əlaqədar 44 nəfərin həbs edildiyini bildirib.

Yəhudilərlə ərəblərin toqquşmasından az sonra Şərqi Qüdsdə yəhudi sürücüyə hücum edilib. O, qaçmaq istəyəndə ələ keçirilərək döyülüb.

Tarix
2021.04.23 / 11:13
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla