Yuxarı

Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Perinçək: Ermənilər bəhanədir, hədəf Türkiyədir

Bir müddət öncə erməni lobbisi Azərbaycan cəbhəsindən qaçırdı. Bunlarmı ABŞ Prezidenti Co Baydenə təsir etdi?

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Məhməd Perinçək deyib.

O, Türkiyə Xarici İşlər Nazirliyinin Baydenin "erməni soyqırımı" ifadəsi işlətməsi ilə əlaqədar bəyanatının yanlış olduğunu deyib:

"Burada təhdidin haradan gəldiyini təsbit etmədiyimiz təqdirdə, yalanla da, doğru ilə də mübarizə apara bilmərik. Guya qoca ABŞ dövlətini bunlar (ermənilər - red.) qandırıb. Ermənilər hələ özlərini toparlaya bilmirlər. Baxın, Ermənistana, bunlarmı Baydenə təsir edir? Məsələnin erməni lobbisi və sair ilə əlaqəsi yoxdur. Bu məsələ ABŞ-ın Türkiyəyə yönəlik planları ilə bağlıdır.

Burada ən çox çıxarı ABŞ hökuməti əldə edir. Türkiyəni Suriya və İraq üzərindən sıxışdırmaq, PKK-ya qarşı aparılan mübarizəni cinayət faktoru kimi elan etmək istəyirlər. Bu gün Türkiyənin terrorla mübarizəsini soyqırım kimi qələmə verməyi hədəfləyirlər. Türkiyənin də bununla bağlı görəcəyi tədbir bu təhdidə qarşı olmalıdır. İlk növbədə Türkiyə İncirlik hərbi bazasının bağlanmasından tutmuş NATO-nu tərk etmək prosesinə kimi addımlar atmaq məcburiyyətindədir".

Qeyd edək ki, ötən gün ABŞ lideri Co Bayden 1915-ci il hadisələri ilə bağlı "erməni soyqırımı" ifadəsini işlədib. Türkiyə XİN isə bəyanatında Baydenin siyasi dairələri razı salmaq üçün "soyqırım" ifadəsini işlətdiyini bildirib.

Tarix
2021.04.25 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla