Yuxarı

İŞİD tərkibində 5 min rusiyalı döyüşür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD tərkibində 5 min rusiyalı döyüşür

"İslam dövləti"nin sıralarında 5 minədək rusiyalı vuruşur".

Axar.az xəbər verir ki, MDB ölkələri Antiterror Mərkəzinin rəhbəri, general-polkovnik Andrey Novikov bu barədə İnterfax agentliyinə bildirib:

"Hazırda xüsusi xidmətlərin məlumatına görə, İŞİD sıralarında Rusiya pasportuna malik 2 min adam vuruşur. Bəzi ekspert dəyərləndirmələrinə görə isə, onların sayı 5 minə yaxınlaşır".

Ötən il Rusiyanın Milli Antiterror Komitəsi "İslam Dövləti" sıralarına 800-dən 1 minədək rusiyalının daxil olduğunu bildirib.

Mütəxəssislər cihadçı qruplaşmanın sıralarına yeni üzvlərin internet üzərindən cəlb olunduğunu deyirlər. Son bir il ərzində İD-ə Britaniya, Almaniya, Belçika və Fransa kimi ölkələrdən də minlərlə avropalı qatılıb.

"İslam dövləti" ötən il İraq və Suriyada bir neçə böyük şəhəri ələ keçirdikdən sonra məşhurlaşıb. Hazırda hər iki ölkədə xilafət elan etdiyi geniş ərazilərə nəzarət edir. Bu yaxınlarda "cihadçı"lara qatılmaq niyyətində olduğu iddia edilən moskvalı tələbə Mariya Karaulovanın Türkiyə-Suriya sərhədinə getməsi Rusiyada böyük əks-səda doğurmuşdu. Karaulova Moskvaya iyunun 11-də qayıdıb.

Tarix
2015.06.18 / 00:07
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla