Yuxarı

Trampın məxfi sənədi üzə çıxdı: Əsgərlərə bu əmri veribmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın məxfi sənədi üzə çıxdı: Əsgərlərə bu əmri veribmiş

ABŞ Prezidenti Co Bayden administrasiyası keçmiş rəhbər Donald Tramp tərəfindən döyüş bölgələrinin xaricində zərbə vurmaq üçün qəbul edilən qaydaları açıqlayıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, 2017-ci ildə qəbul edilən sənəddə Amerika tərəfinin ölkə xaricində “terrorla mübarizə tədbirləri” apararkən əməl etməli olduğu bir sıra prinsiplər yer alıb.

Xüsusi olaraq, sənəddə pilotsuz təyyarələrin istifadəsindən və xüsusi təyinatlı qüvvələrin hərəkətlərinin tənzimlənməsindən bəhs edilib. Məsələn, qaydalara görə, terrorçularla mübarizə əməliyyatları zamanı xüsusi təyinatlılara düşməni məhv etmək deyil, kəşfiyyat məlumatı əldə etmək üçün onu tutmaq əmri verilib. Eyni zamanda, sənəddə pilotsuz təyyarələrin və digər silah növlərinin vurulması qaydaları da açıqlanıb.

Məlumata görə, “gizli” şəkildə qəbul edilmiş qaydaların elan edilməsi məhkəmələr yolu ilə həll edilməli idi. Keçən il Amerika Vətəndaş Azadlığı Birliyi “Nyu-York Tayms” ilə birlikdə bu barədə açıqlama tələb edib.

Tarix
2021.05.02 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla