Yuxarı

Londonda etirazlar: 9 nəfər həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londonda etirazlar: 9 nəfər həbs olundu

Londonda təhlükəsizlik güclərinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, “Qanunu öldür” (Kill the Bill) plakatlarını daşıyan aktivistlər Londonun tarixi Trafalqar meydanından Daxili İşlər Nazirliyinin binasına doğru yürüş ediblər.

Aktivistlər çıxışlarında etiraz hüququnun təhlükə altına düşdüyünü və polisə daha çox səlahiyyət verilməsinə qarşı olduqlarını söyləyiblər.

Mitinq iştirakçılarından 9 nəfər həbs olunub.

Londondakına bənzər nümayişlər Bristol, Şefild, Mançester və Nyukasl şəhərlərində də təşkil edilib.

Qeyd edək ki, ölkədə koronavirus səbəbi ilə toplaşmaq və tədbirlərin keçirilməsi qadağandır.

Tarix
2021.05.02 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla