Yuxarı

ABŞ senatoru güllələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ senatoru güllələndi

ABŞ-ın Cənubi Karolina əyalətində yerləşən tarixi qaradərili kilsəsinə hücum olub.

Axar.az BBC-yə istinadən xəbər verir ki, tarixi Afrika-Amerika kilsəsinə olan hücum zamanı 9 nəfər dünyasını dəyişib.

Əyalətin polis rəisi Qreqori Mullenin verdiyi açıqlamaya görə, qurbanlardan səkkizi kilsənin içindəykən qətlə yetirilib, doqquzuncu şəxs isə sonradan yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Polis 20 yaşlı ağdərili gəncdən şübhələnir. Polis rəisi Mullen "Bunun bir nifrət cinayəti olduğuna inanıram", - deyib.

Hadisə yerinə gedən aktivist Riverend Şarpton ölənlərin arasında ABŞ Senatının üzvü Klementa Pinkninin olduğunu öz rəsmi Tvitter hesabında elan etsə də, bu xəbər hələlik öz təsdiqini tapmayıb.

Qeyd edək ki, silahlı hücum kilsədə yığıncaq keçirilən zaman baş verib.

Tarix
2015.06.18 / 11:37
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla