Yuxarı

Dünyanı virusa yoluxdurub, özləri belə əylənirlər - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı virusa yoluxdurub, özləri belə əylənirlər - Foto

Koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Çinin Uhan şəhərində həyat normala dönüb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ötən gün şəhərdə keçirilən böyük musiqi festivalına minlərlə insan qoşularaq əylənib.

Xatırladaq ki, 2019-cu ilin dekabrın son günlərində Uhanda aşkarlanmış yeni tip koronavirus hazırda planetimizin bir nömrəli problemi olmaqda davam edir. Artıq il yarımdır həyatımızda olan virus hər gün minlərlə insanı öz qurbanına çevirir, milyonlarla insanın həyatına ziyan vurur. Bu günə qədər dünyada 153 milyondan çox insan virusa yoluxub, 3,2 milyon insan isə ölüb. Rəqəmlər hər saniyə artır. Bəzi ölkələrdə, o cümlədən Hindistanda, Braziliyada epidemioloji vəziyyət tamamilə nəzarətdən çıxıb.

Bir çox ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlər davam etdiyi halda, Uhanda böyük Çiyələk Musiqi Festivalı başlayıb. Festivalın ilk günündə minlərlə insan konsertlərdə iştirak edib.

"Deyli Meyl" qəzetinin yazdığına görə, ötən gün festivala 11 mindən çox insan qoşulub. Yayılan görüntülərdə insanların maska taxmadığı və sosial məsafəyə məhəl qoymadığı əks olunur.

Yerli mətbuatın məlumatına görə, Uhanda son zamanlar yalnız bir neçə yeni yoluxma faktı aşkar edilib. Bununla da şəhər epidemiyaya qalib gəlmiş hesab olunur.

Ötən gün Çində ümumilikdə cəmi 15 yeni yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, bu günə qədər Çində 90,6 min insan koronavirusa yoluxub, 4,6 mindən çox insan virusdan vəfat edib. Bu göstəricilərinə görə Çin dünya ölkələri arasında 96-cı yerdədir.

Tarix
2021.05.03 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla