Yuxarı

Pandemiyalara qarşı xəbərdarlıq mərkəzi yaradıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiyalara qarşı xəbərdarlıq mərkəzi yaradıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə baş verə biləcək pandemiyaların qarşısının alınması məqsədilə qlobal xəbərdarlıq mərkəzi yaradıb.

Axar.az xəbər verir ki, Epidemioloji İntellekt üzrə ÜST-Mərkəzi Almaniyanın paytaxtı Berlin şəhərində fəaliyyət göstərəcək epidemioloji proseslərin izlənməsi, məlumatların toplanması və dəyərləndirilməsi üzrə qlobal mərkəz olacaq. ÜST rəhbəri Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası böyük məlumat boşluğu olduğunu göstərdi və gələcəkdə bütün ölkələr barəsində toplanacaq məlumatlar risklərin qarşısının alınmasına töhfə verəcəkdir. Pandemiyadan çıxarılan nəticələrdən biri də ondan ibarətdir ki, gələcəkdə bu sahədə süni intellekt kimi müasir yüksək texnologiyalar, müxtəlif məlumat mənbələrinin inteqrasiyası və fərqli elm sahələri arasında sıx əməkdaşlıq inkişaf etdirilməlidir.

Berlində fəaliyyət göstərəcək mərkəz dünyanın müxtəlif ölkələrindəki tərəfdaşların təqdim etdiyi məlumatları toplayıb onların analizini aparacaq. Toplanmış məlumatlar əsasında yaradılan modellər sayəsində gələcəkdə epidemioloji proseslərin proqnozu, qarşısının alınması, risklərə qarşı hazırlıq və onların identifikasiyası həyata keçiriləcək.

Tarix
2021.05.05 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla