Yuxarı

Orta Asiyada İŞİD həyəcanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orta Asiyada İŞİD həyəcanı

"Əfqan təhlükəsizlik qüvvələrilə Mərkəzi Asiya vətəndaşlarından ibarət qanunsuz silahlı dəstələr arasında mübarizə gedir. Bu, region ölkələri üçün real hərbi təhlükə yaratmaqla yanaşı, Rusiya və Çinin də hərbi münaqişəyə müdaxilə etməsinə səbəb ola bilər".

Axar.az xəbər verir ki, Tacikistan paytaxt Düşənbədə keçirilən MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının iclasında ölkə prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Şerali Hayrullo belə deyib.

Tacikistan xüsusi xidmətinin məlumatına görə, Əfqanıstanın sərhəd bölgəsində bu günə kimi 2000-dək Taliban hərəkatı və "İslam Dövləti" cihadçı dəstələrinin döyüşçüləri toplaşıb. Taliban və İD döyüşçülərilə yanaşı həmin ərazidə Mərkəzi Asiyanın keçmiş sovet respublikalarından çıxmış vətəndaşları tərəfindən yaradılmış "Özbəkistan İslam Hərəkatı", "Ansurulloh", "Camaati Təbliğ" kimi cihadçı silahlı qruplar fəaliyyət göstərir.

Düşənbə həmin dəstələrin Mərkəzi Asiya regionu üçün təhlükə yaratdığını bildirir. Əfqanıstan kəşfiyyatı ölkənin şimalında, Türkmənistan və Özbəkistan sərhədi boyunca İD qruplarının peyda olduğunu qeyd edir.

Tacikistan-Əfqanıstan sərhədinin uzunluğu 1350 kilometr təşkil edir. Dövlət sərhədinin bir çox sahəsi təhlükəsizlik tədbirlərinin tətbiqini çətinləşdirən ucqar dağlıq ərazilərdən keçir.

Tarix
2015.06.19 / 09:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla