Yuxarı

Papanın qohumuna silahlı hücum

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papanın qohumuna silahlı hücum

Papa Fransiskin qohumu Xuan İqnasio Berqoqlio və sevgilisi Argentinanın paytaxtı Buenos-Ayresdə silahlı hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Argentinanın rəsmi xəbər agentliyi "Telam" məlumat yayıb.

Məlumata görə, Papanın qohumu və sevgilisi Buenos-Ayresdəki evindən çıxaraq avtomobilə minib. Bu zaman naməlum üç nəfər onlara silahlı hücum edib və Xuan İqnasionu avtomobildən endirib.

Naməlum şəxslər Papanın qohumundan pul tələb etsələr də, onun üzərində siqaretdən başqa heç nə olmayıb. Soyğunçular evə girmək istəyən zaman isə yaxınlıqdan keçən polis patrulu onların fərqinə varıb.

Quldurlar hadisə yerindən qaçaraq məsuliyyətdən yayına biliblər.

Qeyd edək ki, Roma Papasının əsl adı Xose Mario Berqoqliodur.

Tarix
2015.06.19 / 12:53
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla