Yuxarı

Qahirə və Ankara masaya oturdu: Yaxın Şərqdə yeni dönəm...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərq və Şimali Afrikada Türkiyənin siyasi uğuru hər keçən gün artmaqdadır. 8 illik fasilədən sonra Misirin paytaxtı Qahirədə Misir və Türkiyə arasında XİN başçılarının müavinləri səviyyəsində görüş baş tutdu. Bu hadisə 2013-cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra tərəflər arasında ilk vacib addım kimi də qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Politoloq qeyd edib ki, Türkiyəni bu görüşdə XİN başçısının müavini təcrübəli diplomat Sədat Önal, Misiri isə XİN başçısının müavini Handi Sanal Noza təmsil edirdi:

“Görünən odur ki, bir neçə ay bundan öncə Türkiyəyə qarşı bəzi ittifaqlarda təmsil olunan Misir Ankara ilə razılığa gəlməkdən başqa yolu olmadığını anlayıb və ona görə də danışıqlar masasına oturmağa razılıq verib.

Hesab edirəm ki, bundan sonrakı mərhələdə qarşılıqlı şəkildə addımların atılmasını müşahidə edə biləcəyik: səfirliklərin yenidən təyin edilməsi, XİN başçılarının və digər dövlət rəsmilərinin görüşünün təşkili, həmçinin qarşılıqlı ticarət-iqtisadi əlaqələrin bərpası...

Əgər Türkiyə Misirlə danışıqlar masasına oturub, maraq dairələrini müəyyənləşdirirsə, deməli, Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəm başlanıb”.

Tarix
2021.05.07 / 11:24
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla