Yuxarı

Erməni lobbisinin Türkiyəyə qarşı çirkin 4T planı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da erməni lobbisi Türkiyəyə qarşı öz çirkin niyyətlərini həyata keçirmək üçün yeni “strateji yol xəritəsi” hazırlayıblar.

Axar.az xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Amerika Erməni Milli Komitəsi yeni “strateji yol xəritəsi” barədə məlumat da verib:

“Erməni lobbisinin Türkiyəyə qarşı “yol xəritəsi” aşağıdakı maddələrdən ibarətdir:

1. Leqallaşdırmaq: 1915-ci il hadisələrinin anım günlərini sərgi və muzeylərlə leqallaşdırmaq. Həm ABŞ-da, həm də digər ölkələrdə rəsmi olaraq anım günü keçirmək;

2. Təhsil: ABŞ və digər ölkələrdə “soyqırım” məsələsini tədris planına daxil etmək;

3. Qanuni alternativ vasitələr tətbiq etməklə fərdi və ümumi şəkildə həm təzminat davası, həm də cinayət işlərinin açılması;

a) Fərdi səviyyədə qaldırılan məhkəmə prosesləri (məsələn, 2010-cu ildə “İncirlik” bazasının erməni fermerlərinə məxsus kənd təsərrüfatı ərazisi olduğu iddia edilib).

b) Quruluşlar səviyyəsində qaldırılan məhkəmə prosesləri (məsələn, erməni kilsələri və kilsə mülkləri).

4. Türkiyə və müttəfiqlərinə problem yaratmaq üçün onlara qarşı lobbi fəaliyyətlərinə başlamaq;

5. Türkiyəni dəstəkləyən Pakistanı hədəf göstərmək. Məqsəd Pakistan əleyhdarı amerikalı müttəfiqlərlə sıx əlaqə saxlayaraq, Konqres üzvlərinin diqqətini nüvə silahı mövzusunda Türkiyə-Pakistan əməkdaşlığına yönəltməkdır”.

C.Yaycı bildirib ki, ermənilərin yol xəritəsi 4T-dir: Terror-Tanıma-Təzminat-Torpaq.

"Çox təəssüf ki, bunların ikisi artıq reallaşıb. Digər iki məqsədlərinə çatmaq üçün artıq hərəkətə keçiblər. Türkiyə bunun qarşısını almaq üçün tədbirlər görməlidir. Buna görə də ermənilərin türklərə qarşı törətdiyi qətliamları önlərinə qoymalıyıq. Təcili olaraq hücum diplomatiyasına keçmək lazımdır”, - C.Yaycı vurğulayıb.

Tarix
2021.05.09 / 10:00
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla