Yuxarı

AKP-MHP razılaşdı: Baxçalı bu postları alacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP-MHP razılaşdı: Baxçalı bu postları alacaq

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətinin qurulması mövzusunda razılaşıblar.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Barış Yarkadaş deyib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın CHP-ni koalisyon hökumətində görmək istəmədiyini söyləyib. CHP-li millət vəkili MHP-nin Murat Başesgioğlunu daxili işlər naziri təyin olunması üçün AKP ilə sövdələşmə apardığını bildirib.

"MHP "HDP ilə koalisiyada olmayacağam" deməklə əslində AKP ilə bir koalisiyaya yaşıl işıq yandırır. Bütün bu müzakirələr gələn həftə parlament sədrliyinə seçkilərdə başa çatacaq. Əgər bu seçkilərdə MHP-nin namizədinə AKP səs versə və AKP namizədini irəli sürməsə, bu, AKP və MHP-nin koalisiya quracağına dair əhəmiyyətli işarədir. MHP-nin CHP ilə deyil, AKP ilə koalisiya qurmağa çalışdığı görünür", - Barış Yarkadaş vurğulayıb.

O, MHP-nin daxili işlər naziri və parlament sədrindən əlavə, nəqliyyat, enerji və ədliyyə naziri postlarını, həmçinin baş nazir müavini postlarından ikisini istədiyini deyib. Onun sözlərinə görə, AKP MHP-nin bu istəkləri ilə razılaşıb.

Tarix
2015.06.20 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla