Yuxarı

Bu dəfə Kremlə kimsə mane ola bilməyəcək - Gizli plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dəfə Kremlə kimsə mane ola bilməyəcək - Gizli plan

"Moskvanın Qərbin sanksiyalarını heçə endirməklə bağlı gizli Dubay planının olması inandırıcı görünməsə də, mümkünsüz də deyil".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu danışıb. O, Moskvanın mövcud durumda başqa planlarının olmasını da istisna etməyib:

"Azad ticarət zonası yaratmaq üçün Rusiya ilk növbədə hüquqi dövlət olmalı, azad məhkəmə sisteminə və iqtisadiyyata malik olmalıdır. Qonşu dövlətə qarşı aqressiv siyasət varsa, ölkədə azadlıq yoxdursa və qanunlar işləmirsə, onda Rusiya azad ticarət zonasını necə yarada bilər? Düzdür, bu, mümkünsüz deyil. Maraqlıdır, Rusiya belə bir zona yaratsa belə, buraya kim kapital qoyacaq? Bax, əsas məsələ bundan ibarətdir. Düşünmürəm ki, bunu məxfi həyata keçirmək mümkün olsun. Əlbəttə, hansısa müəyyən layihələr mümkün olsa da, bunun reallaşdırılması uzunmüddətli islahatlar tələb edir. Moskvanın Qərbin sanksiyalarını heçə endirməklə bağlı "Dubay planı" hər nə qədər inandırıcı olmasa da, ağlabatandır. Ancaq gələcək üçün bu cür planların reallaşmasını istisna etmək olmaz. Əgər Moskva azad ticarət zonasında fəaliyyət göstərmək istəyirsə, buna heç kim mane ola bilməyəcək. Çünki sanksiyalar əsasən Avropa məkanını, o cümlədən, ABŞ və Kanadanı əhatə edir. Bu dövlətlərdə isə demək olar ki, azad ticarət zonası yoxdur".

Politoloq yaxın zamanlarda Rusiya ilə Qərb arasındakı gərginliyin artacağını bildirib:

"Hazırkı durumda vəziyyət heç də ürəkaçan deyil. Rusiya-Qərb münasibətləri daha da gərginləşəcək. Çünki Brüssel Məhkəməsinin qərarından sonra Rusiyanın Avropadakı əmlakına həbs qoyulması vəziyyəti daha da çıxılmaz edəcək".

Tarix
2015.06.20 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla