Yuxarı

Korona ilə yanaşı nadir infeksiya da yayılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona ilə yanaşı nadir infeksiya da yayılır

Həkimlər Hindistanda “Mucormycosis” adlanan nadir və aqressiv göbələk infeksiyasına yoluxmanın artdığını bildirirlər.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, o, beyinə, ağciyərlərə təsir edə, diabet, xərçəng, HİV və ya AİDS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər.

Hindistanlı mütəxəssislər hesab edirlər ki, öldürücülük nisbətinin 50 %-ə çata biləcəyi təxmin edilən göbələk infeksiyası koronavirusu müalicə etmək üçün istifadə edilən steroidlərdən sonra yayılmağa başlayıb. Steroidlər COVİD-19 səbəbiylə ağciyərlərdə yaranan iltihabı azaldır və immunitetin koronavirusa həddindən artıq reaksiya verməsi nəticəsində yarana biləcək bəzi zərərləri aradan qaldırmağa kömək edir. Bununla yanaşı həm diabet xəstələrində, həm də diabet olmayan xəstələrdə immuniteti azaldır və qan şəkərinin səviyyəsini artırır.

“Artıq burada həftədə iki-üç yoluxma halı görürük. Belə halın pandemiya zamanı olması bir kabusdur. Bir çox xəstə infeksiya səbəbiylə görmə qabiliyyətini itirib, bir neçəsi isə ölüb”, - deyə Mumbaydakı bir xəstəxananın həkimi qeyd edib.

Fərqli şəhər və əyalətlərdən olan həkimlər əvvəlki illərdə mukormikoz xəstəsi ilə bu qədər qarşılaşmadıqlarını bildirirlər.

Tarix
2021.05.11 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla