Yuxarı

Kazanda məktəbə basqın: 11 nəfər öldü - Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:07

Tatarıstanın paytaxtı Kazanda 175 nömrəli məktəbdə yeniyetmələrdən biri silahla şagirdlərə atəş açıb.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb. Atışmadan sonra məktəb ərazisində partlayış səsi eşidilib. Şagirdlərə atəş açan yeniyetmə yaxalanıb.

Bəzi mətbuat orqanları, o cümlədən “Moskovskiy Komsomolets” qəzeti atışma nəticəsində minimum 9 nəfərin öldüyünü yazıb.

***

Kazandakı məktəbə hücum edənlərin iki nəfər olduğu müəyyən edilib.

Bu məlumatı TASS agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, hücumu həyata keçirən yeniyetmələrdən biri hələ də məktəb ərazisindədir və o bir neçə nəfəri girov saxlayıb.

Bununla bərabər məktəbdə öldürülənlərdən 8-nin şagird, 1-nin isə müəllim olduğu vurğulanıb. Hücum zamanı məktəbdə 700-dən çox şagird olub.

Hadisə yerinə Tatarıstan lideri Rüstəm Minnixanov gəlib.

***

Son məlumatlara görə, hücum edən şəxslərdən biri məhv edilib. Hadisə nəticəsində ölənlərin sayı isə 11-ə yüksəlib.

Tarix
2021.05.11 / 12:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla