Yuxarı

İranda mübarizə başlayır: Əhmədinejad da seçkiyə qatıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda mübarizə başlayır: Əhmədinejad da seçkiyə qatıldı

Keçmiş prezident Mahmud Əhmədinejad iyunda keçiriləcək prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçib.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeydiyyat üçün gəldiyi zaman Əhmədinejadı tərəfdarlarının qarşıladığı və hüquq-mühafizə orqanları ilə yüngül toqquşma da olduğu bildirilir.

Prezident seçkilərinə hazırkı prezident Həsən Ruhaninin 2017-ci ildə əsas rəqibi olan məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisinin də qatılacağı gözlənilir.

Qeyd edək ki, prezident seçkilərinə rəsmi qeydiyyat ötən gün başlayıb və 15 maya qədər davam edəcək. Bundan sonra Konstitusiyanı Mühafizə Şurası qeydə alınan namizədləri yoxlayacaq və onların namizədliyini təsdiqləyəcək.

Həsən Ruhani iki dəfə ardıcıl prezident seçildiyi üçün konstitusiyaya görə bu seçkilərdə namizəd ola bilməyəcək.

Seçkilər 18 iyuna təyin edilib.

Tarix
2021.05.12 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla