Yuxarı

Lavrov İrəvanda buna imkan vermədi - Zülfüqarov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun Ermənistana səfərinin əsas məqsədi 20 iyunda keçiriləcək seçkilərlə bağlı idi. Seçkilərin əsas mövzusu gələcəkdə Ermənistanın hansı siyasəti seçəcəyidir. Bu baxımdan bu səfərin əsas məqsədi ruspərəst siyasətçilərə və Rusiyanın Ermənistana aid siyasətinin təbliğinə dəstək idi.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirb ki, Ermənistanda Rusiyaya münasibət son dərəcədə pisləşib:

“Müharibənin nəticələri və Ermənistanın iqtisadi, sosial və siyasi vəziyyəti ilə bağlı müxtəlif fikirlər səslənir. Bir çox siyasətçi bunun günahını Rusiyada görür. Buna görə də səfərdə əsas məqsəd Rusiyanın siyasətini təbliğ etmək cəhdi idi.

Digər bir məsələ də Qarabağ mövzusu ilə bağlı səslənən fərqli fikirlərdir. Lavrov ermənilərin Azərbaycanın daxili məsələlərini müzakirə etmək istəklərini dəstəkləmir. Hazırda Qarabağ mövzusuna Ermənistanın heç bir aidiyyəti yoxdur. Azərbaycan bu mövzunu daxili məsələsi kimi qiymətləndirir. Hansısa üçüncü ölkə tərəfindən Azərbaycanda ermənilər yaşayan bölgənin müzakirə edilməsi qəbuledilməzdir. Müsbət hal ondan ibarətdir ki, Lavrov bu mövzuları müzakirə etmək istəmədi və bunun qarşısını kəskin şəkildə aldı”.

V.Zülfüqarov Lavrovun səfəri ərəfəsində Azərbaycan prezidentinin bir sıra mühüm bəyənatlar verdiyini və vacib bəyanatları təkrar etdiyini xatırladıb:

“Onlardan biri, təbii ki, münaqişənin həll olunması mövzusudur. Azərbaycanın mövqeyi bu münaqişənin bitdiyi yöndədir və əgər münaqişə bitibsə, vasitəçiliyə də ehtiyac yoxdur. Bir sıra ölkələrin vasitəçilik və Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdləri kəskin şəkildə tənqid olunub. Biz indi yeni vəziyyətin yarandığını görürük. Torpaqlarımızın işğal olunduğu dövrdə bizim əsas marağımız xarici dairələrin diqqətini bu mövzuya cəlb etmək idi. İndi isə əksinə olaraq, Azərbaycan öz dövlət siyasəti və ordusunun gücü hesabına işğala son qoyub və bu baxımdan qalan mövzular bizim daxili işimizdir. Biz Türkiyə və Rusiyanı ermənilərin Azərbaycan dövlətinə reinteqrasiya prosesində yardımçı kimi dəvət etmişik. Ermənistan və ya digər ölkələrin iştirakı isə qəbuledilməzdir”.

Tarix
2021.05.12 / 14:29
Müəllif
Mirvari Əzizova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla