Yuxarı

Bu ölkələr hələ də vaksin almayıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkələr hələ də vaksin almayıb

Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVİD-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.

Vaksinin olmadığı yerlərdə COVİD-19-un narahatlıq doğuran yeni ştamlarının peyda olması ehtimalı mövcuddur. Səhiyyə resurslarının çatışmazlığı bir çox ölkədə koronavirusun təsirinin miqyasını müəyyənləşdirməyi çətinləşdirir.

Çad koronavirus pandemiyası başlayandan bəri yalnız 170 ölüm faktını təsdiqləyib. Lakin bu virusun yayılmasını dayandırmaq cəhdləri çox kövrəkdir. Parisdən və digər ölkələrdən müntəzəm uçuşlar infeksiya göstəricilərini 4835-dək yüksəldib.

Havanın temperaturunun 43,5 dərəcəyə yüksəldiyi Çadda vaksinlərin təhlükəsizliyini təmin edə biləcək soyuducu anbarların quraşdırılacağı təqdirdə, “Pfizer” vaksininin bir neçə dozasının ölkəyə gələn ay çatdırılacağı gözlənilir.

ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza “AstraZeneca” vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.

300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə “AstraZeneca” vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.

Tarix
2021.05.14 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla