Yuxarı

Yoxdur islam ümməti! Türkiyə İsrailə ordumu yeritməlidir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq olmayan ümmətin bizdən gözləyəcəyi hər hansı addım yoxdur. Türkiyə Fələstin üçün daha nə edə bilər?! Ordunu İsrailə göndərməlidir?!

Axar.az xəbər verir ki, bu sözləri “Hüriyyət” qəzetinin yazarı Ərtoğrul Özkök Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “Həmişə qınayırıq, amma ümmət bizdən addım atmağımızı gözləyir” sözləri ilə bağlı qələmə aldığı məqaləsində yazıb.

“Suriyada bir-birini kəsən ümmətmi addım atmağımızı istəyir? Əfqanıstanda müsəlmanlıq “naminə” məktəbə bomba atan və yüzlərlə qız şagirdi öldürən Taliban ümməti istəyir? Yəməndə müsəlman husilərin başına bomba yağdıran Səudiyyə ümməti istəyir?! Yoxsa, Səudiyyə və BƏƏ ilə qarşı-qarşıya gəlmiş İran ümməti? Uzun mübarizədən sonra barışdığımız Misir ümməti? Ya da İraq və Suriyada baş kəsən İŞİD ümməti?..” - deyə yazar məqaləsində bildirib.

Yazar qeyd edib ki, Çavuşoğlunun adlandırdığı ümmət onminlərlə türk əsgərinin şəhid olduğu Yaxın Şərq çöllərində yox olub getdi:

“Realist olaq. Bu gün müsəlman dünyasında ümmət yoxdur. Türkiyənin atacağı bir addım var, o da vasitəçilikdir: İsrailə “Dayandır bu vəhşiliyi!”, ardınca da Fələstinə “Sən də İsrail şəhərlərinə raket atmağa son ver!” deməliyik... Biz millət olaraq sülh xidmətini yerinə yetirə bilərik”.

Tarix
2021.05.15 / 10:11
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla