Yuxarı

Türkiyə, Fransa və ABŞ-da generalların “üsyanı”...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Türkiyə, Almaniya, Fransa və ABŞ-da ölkənin hərbi elitası, təqaüdə çıxmış generallar hakimiyyətə xəbərdarlıqlar edir. Maraqlıdır, bu bir təsadüfdür, yoxsa başqa məqamlar var?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib ki, Türkiyə, Fransa, Almaniya və ABŞ generallarının açıqlaması praktiki siyasətlə əlaqəli idi.

“Həqiqətən maraqlı məsələdir. Xüsusilə qeyd edilən ölkələrin hamısının NATO ölkələri olması diqqət çəkir. Əvvələ, onu da deyim ki, hər nə qədər Türkiyə, Almaniya, Fransa, ABŞ-da təqaüdə çıxmış generalların hakimiyyətə xəbərdarlıqlar etməsi arasında müəyyən bir əlaqə olsa da, mahiyyət fərqlidir. Misal üçün ABŞ generallarının bəyanatında əsasən Prezident Co Baydenin yaşlı olması, prezidentliyə yararlı olmaması, seçkidə saxtakarlıq və s. məsələlər səslənib.

Digər ölkələrdə bir qədər fərqli məsələlər əsas gətirilib. Generallar belə şeyə necə imza atıb, anlamadım. Bəlkə də bilmədiyimiz məqamlar var. Təbii ki, bu, sadə bir etiraz da ola bilər. Lakin birdən-birə bir neçə NATO ölkəsində bənzər hadisənin baş verməsi daha fərqli bir versiyanı aktual edir. Belə ki, son 5 ildə dünya siyasətinə nəzər salsaq, görə bilərik ki, dünya sosial, siyasi cəhətdən ciddi dəyişikliklər astanasındadır. İkinci Dünya müharibəsindən sonra formalaşmış sistem hazırkı reallıqlara uymur və dəyişikliyə ehtiyac var. Daha dəqiq desək, hazırda baş verən əksər siyasi proseslər 20-ci əsrin əvvəllərini xatırladır. 1900-cü illərdə də dünyada kütləvi üsyanlar baş verirdi. Digər tərəfdən tarixi mənbələrə nəzər salsaq, görə bilərik ki, 20-ci əsrin əvvələri dünyada ispan qripi hökm sürürdü. Yəni pandemiya hələ ki, başlıca nəzərə çarpan fenomenlərdir. Belə bir qənaətə gələ bilərik ki, dünya yeni bir siyasi sistem astanasındadır”.

Politoloq qeyd edib ki, təqaüddə olan generalların etirazlarını status-kvonun dəyişməsinə qarşı sabiq elitanın etirazı olaraq qiymətləndirmək mümkündür:

“Sanki bəzi qüvvələr gözlənilən dəyişimdən narahatdır. Bu da öz növbəsində ondan xəbər verir ki, qlobalistlər və milli dövlət tərəfdarları arasında rəqabət günü-gündən daha da gərginləşir. Yəni dövlətlər yeni dünya nizamına hazırlaşan bir zamanda bəzi qüvvələr hərbi elitanın timsalında bu dəyişimə etiraz edir”.

Tarix
2021.05.16 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla