Yuxarı

Fələstinin Çexiyadakı səfiri dünyasını dəyişdi - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində xəsarət alıb.

Bu barədə Çexiyanın ÇTK agentliyi məlumat verir.

"Səfir və onun ailəsi partlayış zamanı evdə olub", - səfirliyin nümayəndəsi Nabil əl-Fahel bildirib.

"Səfirliyin məlumatına görə, səfir yaralanıb. Dəqiq bilmirik, nə baş verib", - əl-Fahel bildirib.

Xilasetmə xidmətinin mətbuat katibi İrjina Ernestova ÇTK agentliyinə təsdiqləyib ki, "yaralını hospitala gətirirlər", lakin onun şəxsiyyətini dəqiqləşdirməyib.

Assoşieyted Press agentliyinin məlumatına görə, partlayış Praqanın altıncı dairəsindəki Suxodol rayonunda yerləşən diplomatın evində baş verib (Trend).

***

20:00

Öz iqamətgahında baş verən partlayış nəticəsində xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada çərşənbə günü aldığı xəsarətlərdən ölüb.

Fələstinin Çexiyadakı səfiri Camal Məhəmməd Camal bundan öncə çərşənbə günü ağır vəziyyətdə Praqanın baş hərbi hospitalına yerləşdirilib.

Səfirliyin nümayəndəsi çərşənbə günü bildirib ki, partlayış Praqa-6 rayonunun Beynəlmiləl küçəsində səfirinin evində baş verib.

Partlayışın səbəbi hələlik məlum deyildir. Fərziyələrdən birinə görə, partlayış səfir seyfi açan zaman, digər ehtimala görə, diplomat aldığı bağlamanı açdığı vaxtda baş verib. (Trend)

Tarix
2014.01.01 / 20:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla