Yuxarı

Ermənistanda Rusiyaya qarşı aksiyalar genişləndi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda Rusiyaya qarşı aksiyalar genişləndi - Foto

Ermənistanda üç gündür ki, Rusiya əleyhinə etiraz aksiyaları davam edir.

Report xəbər verir ki, paytaxt İrəvan və ölkənin digər iri şəhərlərində ilkin olaraq elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən əhali, hazırda Rusiya əleyhinə digər şüarlar da səsləndirməyə başlayıblar.

Şəhər meydanlarına toplaşan yerli əhali Rusiyanın Ermənistan ərazisində olan çoxsaylı sülhməramlı bazalarını "işğal" adlandırıblar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və digər strateji mühüm obyektlərə nəzarət etməsinin də "işğal" olduğunu hesab edirlər.

Küçələrə çıxan insanlar əllərində "Biz erməniyik, öz ölkəmizin sahibi!" şüarının yazıldığı plakatlar tutublar.

Hazırda İrəvanın Azadlıq meydanına bir neçə min insan toplaşıb. Paytaxta gedən yollar bağlanıb, polis postları quraşdırılıb və insanlar paytaxta buraxılmırlar.

Etirazçılar iyunun 22-də tariflərin azaldılması, rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbi ilə prezident iqamətgahına doğru irəliləyəcəklər.

Qeyd edək ki, Ermənistanda elektrik şəbəkələri Rusiyaya məxsus şirkətlərin nəzarətindədir. Elektrik enerjisi qiymətləri son 2,5 il ərzində artıq üçüncü dəfədir ki, qaldırılır.

Tarix
2015.06.21 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla