Yuxarı

İnsan beyini pultu əvəz edəcək - İnanılmaz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan beyini pultu əvəz edəcək - İnanılmaz

Bundan sonra televizorlar insan şüurunun gücü ilə idarə olunacaq.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, BBC şirkəti Britaniyanın "This Place" tədqiqat laboratoriyası ilə belə bir saziş imzalayıb. Sazişə əsasən, televizorun şüurun gücü ilə idarəetmə texnologiyasının hazırlanması nəzərdə tutulub.

Şirkət insan beyinindən kanalları dəyişmək və sevimli şouları axtarmaq üçün adi distansiyalı pult əvəzinə istifadə etmək niyyətindədir. Bununla əlaqədar keçirilən sınaqlar zamanı 10 BBC əməkdaşına başa geyilən kiçik qarnitur və "iPlayer" proqramının sınaq versiyası təqdim olunub. Test iştirakçılarının hamısı şüurun gücü ilə pleyeri işə salıb və istədiyi teleproqramı dəyişib.

Qarnitur insanın beyin dalğalarını baş beyinin elektrik aktivliyi əsasında hesablayır və bu zaman televizor ekranında insanın konsentrasiyasını göstərən şkala görünməyə başlayır. İstifadəçi diqqətini lazımi əməliyyata maksimum yönəldən zaman proqram onu tanıyır və lazımi kanalı və ya şounu qoşur. Əvvəlcə insanın "iPlayer" proqramı haqqında düşünməsi tələb olunur, bundan sonra əlavə ardıcıl 5 populyar şounu göstərməklə hər birinin üzərində 10 saniyə dayanır. Şoulardan biri istifadəçinin xoşuna gəldikdə, sistem bunu anlayır və kanalların dəyişməsini dayandırır.

Bu texnalogiya daha çox fiziki baxımdan adi pultdan istifadə edə bilməyən insanlar üçün nəzərdə tutulub.

Tarix
2015.06.23 / 11:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla