Yuxarı

Ermənistandakı qarşıdurmada 18 nəfər yaralandı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtında bir neçə min adam elektrikin bahalanmasına etiraz olaraq aksiyaya çıxıb. İyunun 22-də 5 minədək etirazçı Azadlıq meydanından prezident sarayına doğru irəliləyib. Ancaq onların qarşısını çevik polis alayı su şırnaqları ilə kəsib.

Yerli vaxtla saat 8-də etirazçılar yolda oturub, nəqliyyatın yolunu kəsib. Polis yürüşün qanunsuz olduğunu deyib, onu dağıdacağını bildirib.

Küçələrdə işıqlar söndürülüb. Etirazın təşkilatçıları işıqların yandırılmasını tələb ediblər. Polis dəbilqələrini geyinib və elan edib ki, etirazçılar 10 dəqiqəyə dağılışmasa, gücdən istifadə edəcək.

Prezident Serzh Sarkisian təklif edib ki, etirazçıların bir qrupuyla görüşsün, ancaq təklif rədd olunub.

Talana Yox qrupu iyunun 19-dan Azadlıq meydanında fasiləsiz etirazlar təşkil edib.

İyunun 17-də Ermənistanda elektrikin qiyməti 16 faiz qalxıb, kilovatı 49 dram (0.1 dollar) olub. Son 3 ildə bu, üçüncü qiymət artımıdır.

İyunun 23-də səhər saatlarında Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin dağıdılması zamanı 18 nəfər xəsarət alıb.

Modern.az-ın verdiyi xəbərə görə, qarşıdurmada yaralanan 7 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Oturaq aksiya keçirən etirazçıların dağıdılması zamanı 11 polis əməkdaşının da müxtəlif xəsarətləri aldığı bildirilir.

Qeyd edək ki, Ermənistanda aksiya dünəndən başlayıb. Müxalifət partiyalarından deputat seçilənlər isə parlamenti tərk edib.

Tarix
2015.06.23 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla