Yuxarı

İyunun 30-da kompüterləri 5 dəqiqə söndürün – Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektron Təhlükəsizlik Mərkəzi 1 saniyənin informasiya sistemlərinə gözlənilən təsiri ilə bağlı xəbərdarlıq yayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib.

Mərkəzin xəbərdarlığında qeyd olunur ki, 2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib.

Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məhşur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb.

Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər.

Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də kompüterləri 5 dəqiqəlik söndürməyi tövsiyə edir.

Tarix
2015.06.24 / 17:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla