Yuxarı

“Ermənilərə qarşı silah işlədilməsi Rusiyanı qane edir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənilərə qarşı silah işlədilməsi Rusiyanı qane edir”

"Bu gün Rusiyaya sərfəlidir ki, Ermənistan hakimiyyəti aksiya iştirakçılarına qarşı gücdən istifadə etsin".

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.

Elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyasının polis tərəfindən qəddarlıqla dağıdılmasını şərh edən Şahnazaryan hesab edir ki, erməni polisinin davranışları Rusiyanı tamamilə qane edir. O, Rusiya KİV-ində etirazlarla bağlı yayımlanan məlumatların eyni mərkəzdən idarə olunduğunu bildirib:

"Əgər Rusiya KİV-i tərəfindən verilən informasiyalara diqqət yetirsək, açıq-aydın hiss edilir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Birincisi, göstərilir ki, nümayiş dinc deyildi və nümayişçilər lap əvvəldən polisə hücum ediblər. İkincisi, daim qeyd edilir ki, bu aksiya anti-rus xarakter daşıyır. Üçüncüsü, Kiyev Maydanı ilə birbaşa paralellər aparılır. Kremlə yaxın və Putinin şəxsi ekspertləri bildirdilər ki, aksiyalarda "Sağ sektor"un döyüşçüləri var. Bütün bunlar təsadüfi deyil və çıxan nəticə budur ki, Ermənistanda sərt gücün tətbiq edilməsi Rusiya üçün çox sərfəlidir. Bu həm də yalnız mənim fikrim deyil".

Onun sözlərinə görə, nümayişçilərin tələbinin yerinə yetiriləcəyinə dair hər hansı ciddi əlamətlər yoxdur.

Tarix
2015.06.25 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla