Yuxarı

Davudoğlu əmr verdi: Türkiyə Suriyaya girir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlu əmr verdi: Türkiyə Suriyaya girir

Türkiyənin Suriyaya hərbi müdaxilə planı hazırlanıb.

Publika.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Çankaya Köşkündə keçirilən "Suriya böhranı" toplantısında ordunun Suriya torpaqlarına müdaxilə planı müzakirə edilib.

Plana görə, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Cerablus vilayətində İŞİD terror qruplaşmasının nəzarətinə son qoyularaq qərbə doğru 110 kilometrlik təhlükəsizlik xətti yaradılacaq.

"Yeniçağ" qəzetinin Ankara nümayəndəsi Əhməd Takanın xəbərinə görə, Ərdoğan və baş nazir Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrindən Suriya torpaqlarına daxil olmasını istədikdən sonra ilk etiraz Xarici İşlər Nazirliyindən gəlib. Bildirilib ki, hərbi müdaxilə üçün ABŞ və koalisiya gücləri, həmçinin Rusiya, İran və Dəməşq rejiminin razılaşması lazımdır.

Baş nazirlikdəki mənbələrin verdiyi məlumata görə, Əhməd Davudoğlu Cerablusa müdaxilə üçün Baş Qərargaha yazılı əmr göndərib. Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələr daha əvvəl hazırladığı alternativ planlara görə işlərini davam etdirir.

Tarix
2015.06.27 / 01:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla