Yuxarı

Türkiyədə Ermənistandan idarə edilən şəbəkə tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Ermənistandan idarə edilən şəbəkə tutuldu

Türkiyənin Mersin əyaləti Polis İdarəsinin Kiber cinayətlərə qarşı mübarizə şöbəsinin 18 əyalətdə qanunsuz yolla qumar oynayanlara qarşı keçirdiyi əməliyyat nəticəsində 86 şübhəli tutulub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bu şəbəkə 65 milyon lirəlik (7 551 471 dollar) rəqəmsal valyuta platformalarında 190 milyon ( 22 073 530 dollar) lirə pul kütləsini idarə etdiyi müəyyən olunub.

Ermənistandan internet saytı quran şübhəlilər 273 nəfərin adına rəqəmsal valyuta hesabı açıb. Onların Ermənistandan qanunsuz mərc, şans və qumar oyunları oynatdıqları təsbit edilib.

Polis Mersin, Antalya, Aydın, Batman, Bolu, Bursa, Denizli, Qaziantep, Giresun, İstanbul, Kayseri, Kırklareli, Kocaeli, Manisa, Muğla, Şanlıurfa, Tekirdağ və Zonquldağda eyni vaxtda keçirdiyi əməliyyat nəticəsində 86 nəfər tutulub.

Şübhəlilərin yaşadıqları ünvanlardan mərc oyunlarının gündəlik, həftəlik və aylıq mühasibat qeydləri, qazanc cədvəlləri, 31 ədəd cib telefonu, 8 kompüter, cinayət nəticəsində əldə edilən 23 635 lirə aşkarlanaraq götürülüb.

Daha 31 şahidin tutulması üçün fəaliyyət göstərilir.

Tarix
2021.06.09 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla