Yuxarı

Rusiya: “Qərbin Bakıya qarşı bu fəaliyyəti qəbulolunmazdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: “Qərbin Bakıya qarşı bu fəaliyyəti qəbulolunmazdır”

"Rusiya idman tədbirlərinin siyasiləşdirilməsinin əleyhinədir".

APA-nın məlumatına görə, bunu "Moskva-Bakı" portalına müsahibəsində Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçov deyib.

"Bakıda keçirilən Avropa Oyunlarına qarşı Qərbin başladığı kampaniyaya gəldikdə isə, əminliklə deyə bilərəm ki, Rusiya bütün idman tədbirlərinin siyasiləşdirilməsinin əleyhinədir. Rusiya da Azərbaycan kimi dəfələrlə belə hücumların predmeti olub. Bu gün biz, Avropa Oyunlarına, Azərbaycana qarşı buna oxşar məqsədyönlü kampaniyanın aparıldığını görürük. Hesab edirik ki, Qərbin bu cür fəaliyyəti olduqca ədalətsiz və qəbulolunmazdır. Rusiya başa düşür ki, Azərbaycan dost və tərəfdaş ölkədir və ona hər cür dəstəyi göstərməyə çalışır", - deyə rusiyalı senator qeyd edib.

K. Kosaçovun sözlərinə görə, Rusiyanın Azərbaycana dost münasibəti prezident Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı ilə bir daha nümayiş olunub: "Yarışların keçirildiyi günlərdə Bakıda Rusiyadan böyük nümayəndə heyəti var. Rusiya idmançıları isə Avropa Oyunlarında uğurlu iştirak edirlər. Bu bir daha Avropa Oyunlarının Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu göstərir".

Tarix
2015.06.27 / 18:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla