Yuxarı

Rusiya ilə ABŞ kosmosu böldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə ABŞ kosmosu böldü

Rusiyanın federal kosmik agentliyi "Roskosmos"un rəhbəri İqor Komarov kosmosun araşdırılması haqqında maraqlı açıqlamalar verib.

ANS-in məlumatına görə, o, 14-15 il sonra Rusiyanın Ayı araşdırmaq üçün pilotlar göndərəcəyini deyib. Komarov kosmosun araşdırılması sahəsində ABŞ-la əməkdaşlığın mümkün olduğunu da bildirib.

"NASA üçün prioritet Marsdır. Biz isə ö növbəmizdə Ayı özümüzə prioritet seçmişik. Ona görə də biz iki ölkə olaraq bu proqram üzərində birgə işləyə və bir-birimizi əla tamamlaya bilərik", - deyə Roskosmosun rəhbəri qeyd edib.

Onun sözlərinə görə, kosmik sahədə araşdırmalar Rusiya ilə ABŞ arasında əməkdaşlıq üçün əla örnək ola bilərdi. Çünki bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Onun fikrincə, "qlobal layihələri birlikdə reallaşdırmaq daha yaxşıdır". Çünki buna daha az investisiya xərclənsə də, hamı üçün daha çox fayda verir.

İqor Komarov Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Beynəlxalq Kosmik Stansiyanın işinə təsir etmədiyini də deyib. "Bununla belə, Rusiya birgə fəaliyyət göstərmək üçün BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında da partnyor axtarır".

Tarix
2015.06.28 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla