Yuxarı

Müdafiə naziri: “Türkiyə Yunanıstanı işğal edəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə naziri: “Türkiyə Yunanıstanı işğal edəcək”

"Əgər beynəlxalq kreditorların şərtləri ilə bağlı referendumdan "bəli" cavabı çıxarsa, Türkiyə Yunanıstanı işğal edəcək".

Axar.az xəbər verir ki, bu sensasiyalı iddia ilə Yunanıstanın Müdafiə naziri Panos Kammenos çıxış edib.

O, beynəlxalq kreditorların öz şərtləri ilə Yunanıstanı Türkiyə qarşısında müdafiəsiz qoymaq istədiyini bildirib:

"Beynəlxalq kreditorların məqsədi uzlaşma yox, Yunanıstanı əzməkdir. Onlar bayrağımızı endirib, müstəqilliyimizdən əl çəkməyimizi istəyirlər. Avropa Birliyində qalmaq buna dəyərmi? Əgər referendumdan beynəlxalq kreditorların şərtləri ilə bağlı "bəli" cavabı çıxarsa, Yunanıstanın ölkə olaraq varlığına son qoyulacaq. Kreditorların kəmərsıxma tədbirləri ordunun dağılmasına gətirib çıxaracaq. Çünki Müdafiə Nazirliyinin büdcəsindən 400 milyon avro kəsiləcək. Bu isə Yunanıstanı Türkiyənin işğalına qarşı silahsız, təyyarəsiz və gəmisiz qoyacaq".

Qeyd edək ki, Yunanıstanda iyulun 5-də referendum keçiriləcək. Ölkə vətəndaşları referendumda "Yunanıstan ölkəyə daha sonra da maliyyə yardımı göstərmək istəyən beynəlxalq kreditorların şərtlərini qəbul etməlidirmi?" sualına cavab verəcəklər.

Tarix
2015.06.29 / 11:38
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla