Yuxarı

Paşinyan çəkiclə gəldi, Serj müharibə anonsu verdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan çəkiclə gəldi, Serj müharibə anonsu verdi...

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib.

Axar.az xəbər verir ki, öz tərəfdarları qarşısında çıxışında Sərkisyan Paşinyanı provokasiyada günahlandırıb.

“Bu adam (Nikol Paşinyan – red.) açıq şəkildə deyir ki, əgər 60 faiz səs toplamasam, problem yaranacaq. O, nə istəyir, onu da edir. Siz görürsünüz onun əlində nə var”, - Sərkisyan Paşinyanın əlində çəkiclə çıxış etməsinə işarə edərək deyib.

Sərkisyanın sözlərinə görə, bu çəkicin kim üçün olduğunu müəyyən etmək lazımdır:

“Hər şeyi gördük – müharibədə məğlubiyyəti, minlərlə gəncin ölümünü. Nə qaldı? Yalnız vətəndaş müharibəsi. Qoy bunu da göstərsin”.

Qeyd edək ki, Ermənistanda 20 iyuna təyin edilən seçkilərlə bağlı təbliğat qarşıdurmalar, təhqirlər və ağır ittihamlarla müşayiət olunur.

Tarix
2021.06.15 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla