Yuxarı

İrəvanda gərginlik davam edir: polis növbədə - Canlı yayım

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan polisi şəhərin mərkəzində elektrik enerjisinin bahalaşmasına qarşı çıxış edən etirazçıların özlərinin dağılışmasını gözləyir.

APA-nın verdiyi xəbərə görə, bu barədə İrəvan polisinin rəis müavini Valeri Osipyan bildirib.

"Polisin hazırda heç bir tədbir görmək niyyəti yoxdur", - deyə o bildirib və etirazçıların özlərinin dağılışacağına əmin olduğu bildirib.

Ötən gün axşam saatlarında bir neçə şəxsdən partlayıcı qurğunun götürülməsi xəbərinə münasibət bildirən polis rəisi bildirib ki, müvafiq qurumlar hazırda bu məsələ ilə araşdırma aparır.

Hazırda Baqramyan prospektində 200-300 etirazçının gəzişdiyi, söhbət edib musiqiyə dinlədiyi bildirilir.

Bu arada etirazçılar İrəvanın mərkəzi küçələrində yürüş etmək niyyətində olduqlarını bildiriblər. "Novosti-Armeniya"nın xəbərinə görə, etirazçılar Baqramyan prospektində qalib gələnədək qalmaq niyyətində olduqlarını qeyd ediblər.

"Heç nə dəyişməyib, biz aksiyanı davam edəcəyik. Biz dünən Azadlıq meydanına keçməyə qərar verənləri pisləmirik, sadəcə, biz burada mübarizəyə başladıq və burada da onu bitirəcəyik. Bizim bir tələbimiz var - elektrik enerjisinin bahalaşması qərarının ləğv olunmalıdır", deyə təşkilatçıların bəyanatında bildirilir.

"Yürüşdə cəmi 20-30 nəfər iştirak edəcək, biz polisdən bizə mane olmamağı xahiş edirik. Bizim aksiya dinc xarakter daşıyır və bizim polislə qarşıdurma yaratmaq niyyətimiz yoxdur", deyə təşkilatçılardan biri bildirib.

Tarix
2015.06.29 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla