Yuxarı

Baş nazirdən xalqa: “Borcu ödəməyin, yoxsa gedirəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən xalqa: “Borcu ödəməyin, yoxsa gedirəm”

Beynəlxalq Valyuta Fonduna bu günə qədər ödənməsi lazım olan 1,6 milyard avronun verilməyəcəyini deyən Çipras hökuməti düşdüyü çətin vəziyyətdən çıxış yolu axtarmaqdadır.

Axar.az xəbər verir ki, borc böhranı ilə bağlı həyata keçirilən sıx müzakirələrin nəticəsiz sonluğundan sonra Yunanıstan Baş naziri Aleksis Çipras istefa vermə ehtimalı olduğunu açıqlayıb. Baş nazir 5 iyulda borcun qaytarılıb-qaytarılmayaması ilə bağlı keçiriləcək referendumda xalqın "xeyr" (ödənməsin) deməyəcəyi təqdirdə vəzifəsindən gedəcəyini bəyan edib.

Referendumla "kəmər sıxma" siyasəti tətbiq etməyə çalışan solçu hökumət hər vəchlə Avrozona qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Xalqı referendumda "xeyr" deməyə çağıran 40 yaşlı Çipras "Yunanlar təhqir olunmaq və alçaldılmaq istəyirsə, yerimə başqa birini seçmək məcburiyyətində qalacaq" sözləri ilə nöqtəni qoymuş oldu.

AB liderləri referendumda "xeyr" səsinin Yunanıstanın avro bölgəsindən ayrılmaq anlamına gələcəyi xəbərdarlığını edib. AB komissiyasının başçısı Jan-Klod Yunker Çiprasa məktub göndərərək onu Afinaya verilən müddətin sona çatmadan öncə fövqəladə yığıncaqda iştirak etməyə dəvət edib.

Tarix
2015.06.30 / 11:40
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla