Yuxarı

Bu gecə 12-yə 1 dəqiqə qalmış… – Diqqətli olun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dünyanın Günəş ətrafında dönmə sürətinin yavaşımasına görə saatlar 1 saniyə yerində sayacaq.

Axar.az xəbər verir ki, dünya saatına bir saniyə əlavə edilməsi prosesi bu gecə reallaşacaq. İlk dəfə 1972-ci ildə həyata keçirilən bu prosesə əsasən bu gün saatlar 23.59.59-da 2 dəfə eyni saniyəni göstərəcək.

Qeyd edək ki, Yer kürəsinin yavaşlamasının yol açdığı gün və mövsüm sürüşməsindən yaranan artıq vaxt bununla bağlanmış olacaq.

Məsələ ilə bağlı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi də yeni xəbərdarlıq yayıb.

Mərkəzin xəbərdarlığında qeyd olunur ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb.

Belə ki, kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər.

Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.

Tarix
2015.06.30 / 12:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla