Yuxarı

Seçki şousu: Ermənistanda işıqlar “qəfildən” söndü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:35

Ermənistanın bir neçə əyalətində seçki qutularının açılması və səslərin sayılmağa başlaması ilə elektrik enerjisi də kəsilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası sosial şəbəkə istifadəçilərinə istinadla məlumat paylaşıb.

Bildirilib ki, Loridə (Vanadzor, Spitak), Şirakda (Gümrü, Artik), Tavuşda (Dilican, Noyemberyan), Armavirdə (Metsamor, Armavir) və s. vilayətlərdə elektrik enerjisi yoxdur. İrəvanın da iki rayonunda işıqların qəfildən söndüyü iddia edilir.

***

Ermənistanın Elektrik Şəbəkəsindən bildirilib ki, işıqların sönməsi Gürcüstan elektrik şəbəkəsinə qoşularkən baş verib.

İddia edilib ki, iki ölkə arasında ehtiyac duyulanda elektrik enerjisinin əvəzlənməsi olur. Növbəti belə bir ehtiyac yarandığı üçün Gürcüstan şəbəkəsinə qoşulmaq istərkən açılma baş verib. Buna görə də yenidən Ermənistan enerji şəbəkəsinə qayıtmağa məcbur olublar və vilayətlərdə enerjinin verilməsi bərpa edilib.

Əgər Ermənistan elektrik şəbəkəsində heç bir problem yox idisə və yenidən "öz şəbəkələri" ilə elektrik enerjisinin verilməsi təmin edilibsə, onda niyə Gürcüstan şəbəkəsinə qoşulma ehtiyacı yaranıb?

Bu suala cavab verilməyib.

Tarix
2021.06.20 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla