Yuxarı

Spiker: Türkiyə Prezidentinin ən önəmli mesajı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti ötən həftə çox tarixi gün yaşadı. Cənab Rəcəb Tayyib Ərdoğan parlamentə təşrif buyurdu.

Axar.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

Milli Məclisin sədri S.Qafarova əlavə edib ki, Prezidentin Ərdoğanın rəhbərliyi ilə Türkiyə çox möhtəşəm inkişaf yolu keçib: “Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən güclü ölkələrindən biridir. Qardaş ölkənin bu uğurları bizi sevindirir. Çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımız arasında olan dostluq və qardaşlıq bizim ən böyük sərvətimizdir. Prezident İlham Əliyein də dediyi kimi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir”.

“Ermənistanın 30 ildən bəri işğal altında saxladığı torpaqları əsarətdən qurtarmaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əməliyyatlar zamanı dünya Türkiyə- Azərbaycan qardaşlığına bir daha şahid oldu”, - Sahibə Qafarova deyib.

O bildirib ki, Türkiyə hər kəsə göstərdi ki, Azərbaycan haqq savaşında tək deyil:

“İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaranıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşanı ziyarət etməsi, orada Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması xalqlarımızın qardaşlığının növbəti nümayişi olub. Şuşada imzalanan bəyannamə bu münasibətləri daha da yüksəldib. Türkiyə Prezidentinin verdiyi ən önəmli mesajlardan biri də bu idi ki, Türkiyə Azətbaycanın yanındadır və bütün dünya bilsin ki, sabah da yanında olacaq. Bizim xalqlarımızın könül birliyi illərin sınağından çıxıb və bu gün də inkişaf etməkdədir”

Tarix
2021.06.22 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla