Yuxarı

Daşqından zərər çəkənlərə 1 dollarlıq kompensasiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lenta.ru" saytının verdiyi məlumata görə, daşqından zərər çəkən hindistanlı fermerə yerli hökümət orqanlarından 1 dollar (80 rupi) kompensasiya alıb. Bu haqda məlumatı Hindistanın NDTV telekompaniyası fermer Bavnenin özünə istinadən yayıb.

Məmurların çay pulu

Bavnenin dediyinə görə, o öz evinin təmirinə 14 min rupi (227 dollar) xərcləyib, amma hökumətin ona ayırdığı kompensasiya heç məmurlara verdiyi çay və şirniyyatın pulunu da ödəmir.

Məmur NDTV-yə aydınlıq gətirib ki, kompensasiya zərərçəkən mülkün 1%-ni təşkil etməlidir, fermerdə isə bu 83 rupi edir, onu da yuvarlaqlaşdıranda 80 rupi (1 dollar) edir.

İndi fermer məhv olan məhsul üçün kompensasiya ödənilməsini gözləyir.

Məlumat üçün qeyd edək ki, daşqın Maxaraştra ştatında iyul ayında olub və 250 nəfər zərər çəkib. Hökümət 20 milyard rupi (330 milyon dollar) kompensasiya ayırıb. Lakin zərərçəkənlər arasında Bavne yeganə narazı qalan yer deyil. Onlar yetərincə kompensasiyanın ayrılmamasını zərərin düzgün qiymətləndirilməməsi və korrupsiya ilə əlaqələndirirlər.

Tarix
2013.10.24 / 13:28
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla