Yuxarı

Vereşşuk: Kiyev-Bakı-Ankara hərbi əməkdaşlığı aktuallaşacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vereşşuk: Kiyev-Bakı-Ankara hərbi əməkdaşlığı aktuallaşacaq

NATO kursu bizdə konstitusiyada təsbit edilib. Ukraynanın NATO-ya nə zaman daxil olacağı hələlik məlum deyil, amma düşünürəm ki, söhbət onilliklərdən deyil, illərdən gedir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radasının (parlament) Dövlət təhlükəsizliyi və müdafiə komitəsinin sədri İrina Vereşşuk bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdaxilələrinə baxmayaraq, dünya dəyişir: "Təəssüf ki, Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün NATO üzvlüyündən başqa alternativi yoxdur. Strateji tərəfdaşlarla əməkdaşlıq formatlarına gəlincə, həm çoxtərəfli, həm də ikitərəfli formatlar işləyir. Son bir il yarımda Ukrayna Baltik-Qara dəniz regionunda üç yeni beynəlxalq qarşılıqlı fəaliyyət formatının təşəbbüskarı olub: Polşa və Litva ilə Lyublin üçbucağı, Gürcüstan və Moldova ilə assosiativ üçlük və Ukrayna-Türkiyə “Kvadriqa”sı. Sonuncu halda söhbət Ukrayna və Türkiyənin müdafiə və xarici işlər nazirlərinin müntəzəm görüşlərindən gedir".

Komitə sədri deyib ki, həm Azərbaycan, həm də Türkiyə Ukraynanın strateji tərəfdaşlarıdır: "Bu baxımdan nə vaxtsa Ukrayna, Azərbaycan və Türkiyə arasında siyasi və müdafiə sahələrində əməkdaşlıq aktuallaşacaq".

Tarix
2021.07.21 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla