Yuxarı

Türkiyədə bir gündə 47 zəlzələ - Professor xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə bir gündə 47 zəlzələ - Professor xəbərdarlıq etdi

İzmirin Karaburun bölgəsi ilə Midilli arasındakı ərazidə yenidən güclü zəlzələ olacaq.

Axar.az xəbər verir ki, bunu türkiyəli professor Əhməd Ərcan deyib.

Professor İzmirdə, xüsusilə Karşıyaka, Bostanlı, Çiğli, Mavişəhər, Alaybəy, Mənəmən, Bayraqlı və Bornovadakı yaşayış binaları ilə bağlı xəbərdarlıq edib:

"Karaburun və Midilli arasındakı ərazi uzun müddətdir zəlzələ gözlədiyimiz yerlərdən biridir. 3-4 il əvvəl bu bölgədə bir zəlzələ oldu, ancaq bu zəlzələnin gücü gözlədiyimiz qədər olmadı. Karaburunda meydana gələcək zəlzələ təxminən 7-7,2 bal gücündə olmalıdır, lakin 7 baldan kiçik bir zəlzələ oldu. Gərginlik hələ də davam edir. 6,7-6,8 bal gücündə zəlzələlər bu bölgədəki gərginliyi aradan qaldırmaq üçün kifayət deyil. Bunun nə vaxt baş verəcəyi barədə məlumat yoxdur. İndi baş verən zəlzələlər 4-dən kiçik və ya 4-5 bal arasında seysmik səviyyəli zəlzələlərdir. Zəlzələlər 2 il, bəzən 5 il davam edə bilər. Gələcəkdə nə vaxt olacağını bilmədiyimiz bir güclü zəlzələ baş verəcək".

Qeyd edək ki, ötən gün səhərə yaxın Karaburun sahilində 4,2 bal gücündə zəlzələ olub. Gün ərzində baş verən xırda zəlzələlərin sayı 47-yə çatıb.

Tarix
2021.07.23 / 08:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla