Yuxarı

Ermənistanda qaz qıtlığı: qiymətlər hər gün bahalaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda qaz qıtlığı: qiymətlər hər gün bahalaşır

Ermənistanda son bir neçə həftə ərzində maye qazın qiyməti 1.5 dəfə bahalaşıb.

Axar.az xəbər verir ki, artıq bir neçə gündür ölkənin maye qaz bazarı stressli vəziyyətdədir, sürücülər yanacaq çatışmazlığından narazılıq edirlər.

Bundan başqa yanacaqdoldurma məntəqələri maşınlara 5 min dramdan (10 dollar) artıq qaz vurmaqdan imtina edirlər. “Joxovurd” qəzetinin məlumatına görə, yanacaq çatışmazlığı Rusiya və İraqdan idxalla bağlı yaranan problemlərlə əlaqədardır.

“Hazırda Ermənistan hökuməti İran və Qətərlə danışıqlar aparır, amma bütün hallarda yaxın günlərdə qiymətlər daha yüksək olacaq”, - qəzet bildirib.

Erməni sürücülər arasında panika başlayıb. Hazırda qiymətlər yanacaqdoldurma məntəqələrində hər litr üçün 280 drama qalxıb. Halbuki 15 gün bundan əvvəl maye qazın bir litri 180 dram idi.

Tarix
2021.07.27 / 22:21
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla