Yuxarı

Afrikalılar İsraildən sığınacaq tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afrikalılar İsraildən sığınacaq tələb etdi

İsrailə qaçaq yollarla gələn afrikalılar həbslərinin dayandırılıb sığınacaq verilməsi tələblərinin yerinə yetirilməsi üçün Təl-Əvivdə aksiya keçirib.

İmmiqrantların sıx yaşadığı Levinski parkında toplanan minlərlə afrikalı üzərində ingiliscə "Biz insanıq", "Azad olmaq istəyirəm" və "Günahkar deyil, mühacirik" yazılı plakatlarla Təl-Əviv bələdiyyəsinin yerləşdiyi Rabin Meydanına gəlib.

Aralarında Konqo, Sudan və efiopiylıların olduğu qələbəlik qrup "Nə istəyirik, Azadlıq!" tipli şüarlar səsləndirib. Bələdiyyə binasının dəmir barmaqlıqlarını aşmaq istəyən aksiyaçılarla İsrail polisi arasında qısa müddətli gərginlik yaşanıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail hökumətindən sığınacaq tələblərinin yerinə yetirilməsini istəyən mühacirlər İsrail Məclisində keçən həftə çıxarılan və ölkəyə qaçaq immiqrant girişinə maneə törətməyə istiqamətlənmiş qanuna etiraz edib.

İsraildə qeyri-qanuni yollarla ölkəyə daxil olmuş 60 min afrikalının olduğu təxmin edilir. Əksrəiyyəti Efiopiya və Cənubi Sudan kimi ölkələrdən olan immiqrantlar qarşılarına mühacir statusu və ya bu ölkənin vətəndaşlığını almağı məqsəd qoyur.

İsrail parlamentində bir müddət əvvəl çıxarılan qanuna görə, ölkəyə qaçaq yollarla girənlər sığınacaq üçün müraciəti etdikləri halda hətta 1 il ilə 18 ay arasında həbs cəzasına məhkum edlə bilərlər.

Tarix
2014.01.05 / 18:35
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla